Brent markalı neftin barreli 76,66 dollardan satılır



Brent markalı neftin barrel qiyməti beynəlxalq fyuçers bazarlarında 76,66 dollardan satılır. 

AFN.az xəbər verir ki, dünən 81,50 dollara qədər yüksələn Brent neftinin fyuçers barrel qiyməti günü 77,52 dollardan tamamlamışdı.

Brent markalı neftin barrel qiyməti bu gün saat 10:15 etibarilə bağlanış xəttinə nəzərən təxminən 1,1 faiz azalaraq 76,66 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftin barreli də 73,13 dollardan alıcı tapıb.

Neft qiymətləri ABŞ ilə İran arasında aparılan sülh danışıqlarının ardından Hörmüz boğazından neft nəqlinin yenidən normal məcraya qayıdacağına dair gözləntilərin güclənməsi ilə çərşənbə axşamı günü də düşüşünü davam etdirir.

Ağ Evdəki Oval Ofisdə təşkil olunan imza mərasimində jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp İran ilə aparılan prosesin müsbət istiqamətdə irəlilədiyini bildirərək əgər İran razılaşmanın şərtlərini yerinə yetirməzsə və ya lazımi qaydada davranmazsa, etməli olduğu addımı atacağını vurğulayıb.

ABŞ-nin ilk sülh danışıqlarının ardından ABŞ-nin Maliyyə naziri Skott Bessent də İran neftinin hasilatına, çatdırılmasına və satışına icazə verən 60 günlük müvəqqəti ümumi lisenziyanın yayımlandığını elan edib.

İrana qarşı sanksiyalarda 60 günlük güzəştin tanınması və daha genişmiqyaslı razılaşma çərçivəsində Livanda hərbi əməliyyatların dayandırılmasına dair bəyanatların təsiri ilə neft qiymətləri bazar ertəsi günü 3 faizdən çox geriləmişdi.

Beynəlxalq gəmi izləmə məlumatlarına görə, təxminən 2 milyon barrel neft daşıyan iki xam neft tankeri dünən Hörmüz boğazından keçib. Bu vəziyyət bazar günü keçid təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən zəifləyən nəqliyyat axınının yenidən bərpa olunmağa başladığına işarə edib.

Dünən açıqlama verən Tramp da Hörmüz boğazının açıq saxlanıldığını və açıq qalacağını ifadə edib.

Analitiklər Hörmüz boğazından keçidlərdə nəzərəçarpan artımın yaşanmasını bazarlarda həm fiziki neft ticarətinin, həm də diplomatik irəliləyişin göstərici kimi qiymətləndirildiyini bildiriblər.

Brent markalı neftdə texniki olaraq 77,6 dolların müqavimət, 76,2 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi qeyd olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu