Kolumbiyada 7,4 bal gücündə güclü zəlzələ baş verib



Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib.

AFN.az xəbər verir ki, Kolumbiya Geologiya Xidməti sarsıntının episentrinin Çoko departamentindəki San Xose del Palmar bələdiyyəsinin yaxınlığında, yerin 96 kilometr dərinliyində yerləşdiyini açıqlayıb.

Ekspertlər bu gücdə zəlzələnin əhalinin sıx məskunlaşdığı ərazilərdə dağıntılara səbəb ola biləcəyini bildiriblər.

Çoko qubernatoru Nubia Karolina Kordoba sosial media hesabında etdiyi açıqlamada departamentdə güclü zəlzələnin baş verdiyini bildirib.

Kordoba episentrin San Xose del Palmar olmasına baxmayaraq, departamentin paytaxtı Kivdoda binalara ciddi ziyan dəydiyini və xəsarət alanların olduğunu qeyd edib.

Qubernator ilkin rəsmi hesabatın hazırlanması üçün zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini əlavə edib.

Sarsıntı təxminən 50 milyon əhalisi olan ölkənin paytaxtı Boqota ilə yanaşı, Kali, Manizales və Pereyra kimi bir çox şəhərdə də hiss edilib.

Paytaxt Boqotada yüzlərlə insan evlərini tərk edərək küçələrə çıxıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu