İngiltərədə isti hava dalğaları səbəbindən 4,4 milyard funt sterlinqlik iqtisadi itki gözlənilir



İngiltərədə bu ilin may-iyul dövründə isti hava dalğaları nəticəsində yaranan istehsal itkisi səbəbindən iqtisadiyyatda ən azı 4,4 milyard funt sterlinqlik zərər yarana biləcəyi hesablanıb.

AFN.az xəbər verir ki, düşüncə mərkəzi Verdant tərəfindən aparılan təhlilə görə, İngiltərədə isti hava dalğaları may ayında başlayıb və iyulun sonuna qədər ümumilikdə dörd isti hava dalğası yaşanıb.

İsti hava dalğalarının ölkə iqtisadiyyatına zərərinin may ayında 510 milyon funt sterlinq, iyunda 2,36 milyard funt sterlinq və iyulda 1,5 milyard funt sterlinq olduğu təxmin edilir.

İsti hava dalğaları səbəbindən yaranan istehsal itkiləri sözügedən iqtisadi zərərə səbəb olub. İtkilər əsasən ölkənin cənub-şərqində, Londonda və bəzi digər bölgələrdə qeydə alınıb.

Təhlilə görə, həddindən artıq istilər qarşısında lazımi tədbirlərin görülməməsi və isti hava dalğalarının şiddətlənməsi halında bu cür hadisələrdən qaynaqlanan iqtisadi itkilərin 2030-cu ilə qədər 25,6 milyard funt sterlinqə çata biləcəyi hesablanır.

Verdantın həmsədri və hesabatın müəllifi James Meadway nəticələrlə bağlı qiymətləndirməsində iqlim dəyişikliyindən qaynaqlanan iqtisadi itkilərin artmağa başladığını və bu itkilərin gələcək illərdə daha da şiddətlənə biləcəyini bildirərək, “Hökumətin işçiləri və müəssisələri həddindən artıq istilərin ağır təsirlərindən qorumaq məqsədilə hərəkətə keçməsi çoxdan gecikib” ifadəsini işlədib.

İngiltərədə bu həftə ilin beşinci isti hava dalğası yaşanarkən, temperaturun sabah 36-37 dərəcəni keçə biləcəyi proqnozlaşdırılır.

Bu həftə həmçinin İngiltərə Ətraf Mühit Agentliyi ölkə ərazisinin 71,3 faizi üçün rəsmi olaraq quraqlıq elan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu