"Metro Bank" 1000 əməkdaşını ixtisar edəcək
Böyük Britaniyada yerləşən "Metro Bank" xərcləri azaltmaq üçün 1000 işçisini işdən çıxaracağını açıqladı.
Bank ötən il üzrə maliyyə nəticələrini və xərclərin azaldılması qərarlarını açıqlayıb.
Müvafiq olaraq bank ilin birinci rübündə illik 50 milyon funt-sterlinq qənaət etmək üçün ümumi personalın yüzdə 22-nə bərabər olan təxminən 1000 işçinin aprel ayının ortalarından əvvəl işlərini tərk edəcəyini açıqlayıb.
"Metro Bank" ilin sonuna qədər xərcləri daha 30 milyon funt sterlinq azaltmaq qərarına gəlib.