Sədr güney azərbaycanlılarla bağlı suala cavab verib




Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Femida.az-ın sualını cavablandırıb.



2018-ci ildə görülən işlərin hesabatı ilə bağlı keçirilən mətbuat konfransında sədr “Bəzi Cənubi Azərbaycan vətəndaşları 10 ilə yaxındır ki, Azərbaycan vətəndaşlərı ilə evli olsalar da, vətəndaşlıq ala bilmirlər. Bunun səbəbi nədir?” sualına belə cavab verib:

“Ümumiyyətlə heç bir ölkə vətəndaşına dissimlyasiya tətbiq olunmur. Etnik olaraq qanunvericilikdə heç bir fərq qoyulmur. Hər bir şəxsə qanunvericilik əsasında yanaşırıq, eləcə də İran vətəndaşlarına. Azərbaycan vətəndaşlığı almaq üçün şərt budur ki, həmin şəxs Azərbaycanda 7 il yaşamalıdır. Bunun üçün o iki dəfə 5 illik daimi yaşamaq icazəsi almalıdır. Ümumikdə 7-ci ilin tamamında o Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Sənədləri tərəfimizdən qəbul olunur. Daha sonra baxılması üçün Vətəndaşlıq Məsələləri Komissiyasına göndərilir. Yəni onlar müəyyən edilmiş müddəti gözləməklə vətəndaşlıq ala bilərlər”.

Mənbə:Femida.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu