Qənirə Paşayeva:




AŞPA-da “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təşviq edilməsi” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Azad Demokratlar Qrupu adından qrupun vitse-prezidenti, millət vəkili Q.Paşayeva çıxış edib və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət ayıraraq Avropanın gələcəyi üçün bu məsələdə yanaşmamız birnəmalı olmalıdır deyib: "Milli azlıqların hüquqlarının qorunması ilə bağlı Çərçivə Konvensiyası Avropa Şurasının ümumi hüquqi müqavilələr sistemində mühüm yer tutur.



2018-ci ildə Konvensiyanın 20-ci ildönümü qeyd edildi və mübaliğəsiz qeyd edilməlidir ki, bu illər ərzində bu mühüm sənəd Avropada insan haqlarının müdafiəsi sistemində özünün əhəmiyyətini və mühümlüyünü göstərmişdir. Mühüm qanuni sənəd olaraq Çərçivə Konvensiyası özlüyündə çox mühüm, eyni zamanda milli azlıqların qorunması ilə bağlı həssas məsələləri əhatə edir. Biz hamımız qəbul edirik ki, milli azlıqların qorunması insan haqlarının ümumi qorunmasında mühüm element təşkil edir və milli azlıqların hüquqlarının kifayət qədər qorunması olmadan gücləndirilmiş insan haqlarının qorunması sisteminə malik həqiqi demokratik cəmiyyət qurmaq mümkün deyil. Digər tərəfdən, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əməl etmək hədsiz vacibdir. Və mən Çərçivə Konvensiyasının 21-ci maddəsinə istinad etmək istərdim: "Bu Çərçivə Konvensiyasında heç bir şərt beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suveren bərabər hüquqluluq, ərazi bütövlüyü və siyasi müstəqilliyinə zidd olan fəaliyyət və ya hərəkət hüququ kimi təfsir edilməməlidir". Buna görə də Konvensiyaya uyğun hüquqların icrası dövlətlərin ərazi bütövlüyünü və Konvensiyanın monitorinq sistemini sarsıdan fəaliyyətləri nəzərdə tutmamalıdır və mən Məşvərət komitəsini bu məsələlərdə hədsiz ehtiyatlı olmağa çağırıram. Məşvərət komitəsinin vəzifəsi üzv dövlətlərdə müvafiq hüquq və azadlıqların yaxşılaşmasına yönələn tövsiyyələr verməkdir. Buna görə də çox vacibdir ki, Komitə üzvləri məsələnin həssaslığını daha yaxşı anlayan və Avropanın müxtəlif regionlarının və ölkələrinin tarixi, şərtləri və xüsusiyyətləri barədə zəruri ixtisasa və bacarıqlara malik təcrübəli, bilgili ekspertlərdən təşkil olunmalıdır. Komitənin tövsiyələri öz növbəsində Konvensiyanın dilinə və ruhuna uyğun olmalı və milli azlıqların hüquqlarının qorunmasını və təşviqini irəli çəkmək məqsədinə xidmət göstərməlidir. Bu məsələlərin həssaslığını nəzərə alaraq bütün səylər Avropada bölünmələrin və gərginlik mənbələrinin yaradılmasının qarşısının alınmasına yönəlməlidir və Komitə öz işində Çərçivə Konvensiyasının effektiv həyata keçirilməsi vasitəsilə Avropa xalqları və millətləri arasında birlik və həmrəyliyin əldə edilməsi məqsədi daşımalıdır. Mənim ölkəm Çərçivə Konvensiyası çərçivəsində qarşılıqlı hörmət və anlaşma əsasında konstruktiv dialoqa hazırdır və açıqdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu