Bakı Baş Gömrük İdarəsi ATEF şirkətinin əlvan metal ixracını qanunsuz necə sənədləşdirdi?





Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda ölkədən ixrac edilən əlvan metal yüklü 3 maşın saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Bakı Baş Gömrük İdarəsi həmin yükü rüsumsuz (kodu bilərəkdən dəyişərək) sənədləşdirib və dövlət büdcəsinə xeyli ziyan vurub. O da bilinib ki, həmin 3 maşın əlvan metal ATEF şirkətlər qrupuna məxsusdur.

AFN xəbər verir ki, bu barədə NUH.az saytı yazıb. Sayt onu da qeyd edib ki, ATEF-in direktoru Talıb Əlixanbəyovun DGK rəhbərliyi ilə dost münasibətləri var: "Məsələyə aydınlıq gətirmək üçün DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Şahin Rzalı ilə əlaqə saxladıq. O, "Məsələni araşdırıb sizə məlumat verəcəyik” desə də günün sonunadək heç bir cavab almadıq".
ATEF şirkəti Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində şirkətə aid olan metal konstruksiya zavodu açılıb.

Göründüyü kimi, gömrükdə aparılan islahatlar bir sıra müsbət dəyişikliklərə səbəb olsa da, məsələ DGK sədri Səfər Mehdiyevin dediyi "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” kimi sadə deyil. Gömrük sistemindəki rüşvət və korrupsiyanın miqyasını təsəvvür etmək üçün yuxarıda qeyd edilən faktı kifayətdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu