Sabah Milli Məclisin yaz sessiyası başlayır
Sabah – fevralın 1-də Milli Məclisin 2019-cu il yaz sessiyası başlayır.
AFN report-a istinaən xəbər verir ki, qanunverici orqanın toplantıları mayın 31-dək davam edəcək.
Parlamentin ilk plenar iclasının gündəliyinə isə 38 məsələ daxildir.
Bunlar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında”, "İnzibati icraat haqqında”, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, "Avtomobil nəqliyyatı haqqında”, Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Sosial sığorta haqqında”, "Ünvanlı dövlət sosial yardımı haqqında”, "Sosial müavinətlər haqqında”, "Əmək pensiyaları haqqında”, "İşsizlikdən sığorta haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında”, "Məşğulluq haqqında” və s. qanunlara, eləcə də İnzibati Xətalar, Əmək, Cəzaların İcrası və Ailə məcəllələrinə dəyişiklik layihələridir.
Deputatlar eyni zamanda Milli Məclisin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planını təsdiq edəcək, parlamentin Hesablayıcı komissiyasının, İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələyə baxacaqlar.