Prokurorluq avtomobillə piyadanı vurub qaçan dünya çempionunun hökmündən protest verib




Prokurorluq Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun barəsində olan hökmdən kassasiya protesti verib.



"Report"un xəbərinə görə, dövlət ittihamçısı birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı qaldığı üçün Ali Məhkəməyə müraciət edib.

Kassasiya protesti hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, ötən il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. U.Orucov məhkəmə zalından azadlığa buraxılıb. O, hökmə əsasən, 1000 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsi prokurorluğun apellyasiya protestini təmin etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu