Gəlirləri azalanda səhmləri də ucuzlaşdı- ŞİRKƏT NARAHATDIR




Kompüter çipləri və smartfon satışlarında lider şirkət olan "Samsung Electronics" 2019-cu ildə gəlirlərinin azalacağından narahatdır.



AFN xarici KİV-ə istinadən xəbər verir ki, bu gün açıqlanan maliyyə hesabatına əsasən şirkətin mənfəətinin 29% azaldığı məlum olub. Bununla da "Samsung" 2019-cu il üzrə də gəlirlərinin azalacağından narahat olub. Belə ki, buna səbəb kimi ABŞ-Çin ticarət müharibəsinin qlobal elektronika bazarında yaddaş çipləri, smartfon və ekran panellərinə olan tələbə mənfi təsir etməsi göstərilib.
Eləcə də bax: Dünyanın ən dəyərli 500 markası - SİYAHI

Dördüncü rüb göstəricilərinə əsasən "Samsung"un əməliyyat mənfəəti 10,8 trilyon von (9,7 milyard dollar) olub ki, bu da şirkətin ötən aykı proqnozları ilə üst-üstə düşüb. Şirkətin gəlirləri isə 10% azalaraq 59,3 trilyon von təşkil edib.

Açıqlanan hesabatdan sonra "Samsung"un səhmləri birjada 0,2% dəyər itirib. Qeyd edək ki, ABŞ-Çin ticarət müharibəsi dövründə şirkətin səhmləri 24% dəyər itirib.

Lakin bəzi investorlar yarımillik dövrdə şirkətin gəlirlərinin artacağını düşünür ki, bunun da "Samsung"un qatlana bilən smartfonunu, 5G sizmsiz texnologiyalarını bazara çıxarması və məlumat mərkəzlərinə çip satışları ilə əlaqədar olacağı deyilir. (finans.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu