Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək




Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif arasında fevralın sonuna qədər Tehranda görüş keçiriləcək.

Bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, görüşün gündəliyinə ikitərəfli əlaqələrin inkişafı və Azərbaycanla İran arasında əməkdaşlıq məsələləri daxil ediləcək.

Səfirin sözlərinə görə, həmçinin Novruz bayramından sonra üçtərəfli və dördtərəfli, o cümlədən İran, Türkiyə, Azərbaycan xarici işlər nazirlərinin, eləcə də İran, Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının görüşlərinin keçirilməsi də planlaşdırılır.

Diplomat qeyd edib ki, bununla yanaşı, bu il Moskvada Azərbaycan-İran-Rusiya sammitinin keçirilməsi nəzərdə tutulub.

"Rusiya tədbirə ev sahibliyi edəcəyindən sammitin vaxtını Rusiya tərəfi elan edəcək", - C.Cahangirzadə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu