DANX-ın Gəncə Regional Şöbəsində “Qaynar xətt” xidməti yaradılıb





Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Gəncə Regional Şöbəsində 022-257-76-85 nömrəli “Qaynar xətt” istifadəyə verilib.



Xidmətin mətbuat katibi Nuridə Allahyarovanın verdiyi məlumatda bildirilir ki, “Qaynar xətt” xidməti yol hərəkəti iştirakçılarının sorğuları, şikayətləri və təkliflərini qəbul etmək məqsədi ilə yaradılıb. Saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək “Qaynar xətt”ə daxil olan müraciətlər araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcək və müvafiq tədbirlərin görülməsi təmin olunacaq. Gəncə Regional Şöbəsinin xidməti ərazilərinin Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Samux, Göygöl və Goranboy rayonlarını əhatə etməsi səbəbindən həmin ərazilərdən də müraciətlər sözügedən “Qaynar xətt” vasitəsi ilə qəbul ediləcək. Məlumat üçün bildirək ki, sərnişinlərin haqlı narazılığına səbəb olan süni qiymət artımı, sürücülərin sükan arxasında siqaret çəkməsi, kobud davranması, dayanacaqdan kənar saxlanma, sürət həddinin aşılması və bu qəbildən olan digər problemlərlə bağlı müraciətlər zamanı avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, marşrut xəttində xidmətdə olan avtobusun nömrəsi və faktiki zaman haqqında məlumatların verilməsi araşdırmanın daha operativ təmin olunmasına kömək edəcək. Qeyd edək ki, müvafiq müraciətlər bütün regionlar üzrə lokal operativ xətlər vasitəsi ilə onların qəbulu tam təmin edilənədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 Çağrı Mərkəzi və DANX-ın (012) 562-67-58 nömrəli “Qaynar xətt”i vasitəsi ilə qəbul ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu