Şirvan DYP-nin rəisi Afət Mirzəyevdən yenə şikayət var- FOTOLAR
Şirvan Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Afət Mirzəyevin qanunsuz hərəkətlərinə hələ də hüquqi qiymət verilmir deyən şikayətçilər kömək istəyirlər.
Afət Mirzəyev əvvəllər Gəncədə və Masalııda da DYP rəisi işləyərkən vətəndaşlar tərəfindən ondan çoxsaylı şikayətlər olurdu. Şirvanda taksi sürücüləri Afət Mirzəyevdən şikayət edərək Bolgexeber.com-a bildirirlər ki,onlardan aylıq haqq yığılır,verməyənlər isə cəzalanır.Şikayətdə qeyd olunur ki,Salyan,Sabirabaddan olan kənd sakinləri maşınları ilə Şirvana,bazara satış üçün kənd təsərrüfatı məhsulları gətirirlər və Şirvan DYP-nin əməkdaşlarI DRES deyilən ərazidə duraraq mallarını satmaqğa gətirən vətəndaşlardan haqq alırlar.Onlardan haqq tələb olunduğundan Şirvana satmağa balıq,pomidor kartof ,soğan və digər mallar gətirən kənd sakinləri artıq mallarını bazara çıxara bilmirlər və buna görə onlar narazılıq edirlər. Afət Mirzəyevlə daha bir maraqlı məlumat onun tikdirdiyi obyektlərlə bağlıdır.Belə ki,bildirilir ki,Masallı rayonun girişində o özünə iki böyük mebel sexləri tikdirir.Verilən məlumata görə bu sexlərə külli miqdarda pul qoyulub.Bu obyektlərinin dəyərinin 150-200 min manat civarında olması qeyd olunur. Afət Mirzəyevdən şikayətlər təkcə bunlarla bitmir.Bildirilir ki, Afət Mirzəyev Şirvan DYP-yə rəis gələndən sonra 5-6 yol polisi əməkdaşı, guya vətəndaşların onlardan narazıçılıq etməsi bəhanəsi ilə işdən kənarlaşdırılıb.Əvvəl həmin əməkdaşlar işə götürülüb,sonra isə Afət Mirzəyevin iradəsi ilə haqsız oalraq işdən çıxardılıb.Halbuki, vətəndaşlar elə onun özündən şikayətçidirlər.Şirvana rəis təyin olunmasından 1 ay sonra Şirvan şəhərinin mərkəzində özünə 40-50 dəyərində ev də alıb.
Daxil olan digər məlumatda həmçinin deyilir ki, Şirvanda ona qarşı narazıçılığın artmasınından narahat olan və cəzalanacağından ehtiyat edən Afət Mirzəyev indidən çıxış yolu axtarır və yüksək vəzifədə olan məmurla münasibət quraraq artıq Ağsu rayonuna rəis getmək üşün çalışır.Təqdim etdiyimiz fotolardan da görünür ki, başı daha “vacib” işlərə qarışan Şirvan DYP-nin rəisi qaydanı pozan avtomobil sürücülərini görmür və ya görmək istəmir.Halbuki hörmətli daxili işlər naziri Ramil Usubov həmişə polis əməkdaşlarının xalqa,dövlətə xidmət etməli olduqlarını,bunun onların borcu olmasını vurğulayır və polis adını həmişə uca tutmalarını tövsiyə edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.