Jurnalistlərin binasında daha 2 nəfər koronavirusa yoluxub? - YENİLƏNİB





"Mən işdəyəm, həyat yoldaşım hazırda evdədir”.

Bu sözləri Hit.az-a "Jurnalistlərin binası”nda koronavirusa yoluxduğu deyilən Afət Sadiqoğlunun həyat yoldaşı Xuraman xanım deyib. O yayılan məumatı əsassız adlandırıb:

"Bu məlumat yalandır. Afət müəllim də evdədir”.

Özünü Afət Sadiqoğlunun oğlu kimi təqdim edən Anar Məmmədov da xəbərin doğru olmadığını bildirib:

Qeyd edək ki, bu ailənin qız övladı Neft Akademiyasında 2009-cu ilin 30 aprel tarixində törədilən terror hadisəsində həlak olmuşdu.

15.13

Bakıda "Jurnalistlərin binası”nda iki nəfər koronavirusa yoluxub.

Hit.Az-ın əldə etdiyi xəbərə görə, onlar "Xalq” qəzetinin sabiq əməkdaşı, hazırda təqaüddə olan Afət Sadiqoğlu və "İki Sahil" qəzetində çalışan həyat yoldaşında koronavirus aşkarlanıb.

Onların hazırda müalicə aldığı və vəziyyətlərinin stabil olduğu deyilir.

Hit.Az-la əlaqə saxlayan, özünü Afət Sadiqoğlunun oğlu kimi təqdim edən şəxs isə, xəbərin doğru olmadığını bildirib.

Qeyd edək ki, bu ailənin qız övladı Neft Akademiyasında 2009-cu ilin 30 aprel tarixində törədilən terror hadisəsində həlak olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu