Mehriban Əliyeva Uşaq Mərkəzində- FOTOLAR




Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.

Mehriban Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib.

Birinci vitse-prezident burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.

Mərkəzin baş həkimi İradə Musayeva Mehriban Əliyevaya məlumat verib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdiriblər.

Heydər Əliyev Fondunun prezidentinə müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib. Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.

***

Mehriban Əliyeva eyni zamanda, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olub.

Körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.

Birinci vitse-prezident valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır.

Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.




















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu