“İslahat İcmalı” elektron məhkəmə islahatlarına həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” “Doing Business” hesabatında müqavilələrin icrası indikatoru üzrə Azərbaycanda aparılan islahatlara həsr olunub.
Qeyd edək ki, “Elektron məhkəmə” sistemi əsasında proses iştirakçıları arasında bütün məlumat mübadiləsi elektron şəkildə aparılır və şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericilik də daha da təkmilləşdirilib. Bundan başqa, kiçik iddiaların meyarları və kiçik iddialara münasibətdə sadələşdirilmiş prosedur qanunvericilikdə də təsbit edilib. Həmçinin hakimlər arasında məhkəmə işləri avtomatik və təsadüfi olaraq bölüşdürülməsi nəticəsində işlərin icra prosesi də əhəmiyyətli dərəcədə sürətlənib.
“İslahat icmalı” ilə aşağıda təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz:
http://iqtisadiislahat.org/store//media/2019/Fevral/DB_2019_Enforcing%20contracts.pdf