Kərəm Həsənovun İmişlidə keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli şəhərində keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 29 mart 2019-cu il tarixinə keçirilmişdir. Vətəndaş qəbulu saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı qeyd edilən bölgələrin əhalisinin müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi: (02124) 6-35-31, (02124) 6-40-29
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi:
(02122) 5-33-67, (02124) 6-60-85