Göyçayda yanğın: ölən və yaralanan var




Göyçay rayonunda ölümlə nəticələnən yanğın olub.



Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu