"Bakcell" ADA Universitetində keçirilmiş karyera yarmarkasına qatılıb




"Bakcell" şirkəti ADA Universitetinin təşkil etdiyi ənənəvi karyera yarmarkasında iştirak edib.

Şirkətdən AFN-ə verilən məlumata görə, tədbirin İnformasiya Texnologiyaları və Telekommunikasiya sənayesinə həsr olunmuş günündə universitetin tələbə və məzunlarına "Bakcell" şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan "Bakcell" şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir.

Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu