VII Qlobal Bakı Forumu işə başlayıb- İlham Əliyev açılışda çıxış edir




Bu gün Bakıda “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Virtualaz.org xəbər verir ki, prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb. Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, hər il keçirilən Bakı Qlobal Forumunda dünyanın bir çox ölkələrindən nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu