Baş redaktor prokurorluğa çağırıldı
"Demokrat.az" saytının baş redaktoru Vasif Həsənli prokurorluğa çağırılıb.
Vəsif Həsənli Criminal.az saytına bildirib ki, dünən özünü Azad Əliyev kimi təqdim edən şəxs zəng edib Yasamal rayon Prokurorluğuna dəvət edib. Bildirib ki, "Karqo Şamil"in şikayəti əsasında dindiriləcək.[/b][/h3]
"Karqo Şamil" bu vaxta kimi bir neçə dəfə demokrat.az saytında barəsində getmiş tənqidi yazıların silinməsini tələb edib. Görünür buna nail ola bilmədiyindən barəmdə prokurorluğa şikayət edib.
V.Həsənli hesab edir ki, prokurorluğa çağırılması ona təzyiq etmək üçün edilir: "Dəfələrlə demişəm, əgər yazılarımla bağlı kiminsə narazılığı varsa, məhkəmə müstəvisində problemini həll etsin".