AzerRos və AzerMos Fuad Abbasova qarşı ermənilərlə birləşdi- "Vətənə xain olanlar düşmənlərə yar oldu..."
Moskvada azərbaycanlı-erməni dəyirmi masası keçirilib.
Moskvada yerləşən Azərbaycanlıların iki diaspor təşkilatı - Moskvada Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzərMos) və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı (AzerRos) 2019-cu il martın 12-də Moskvada erməni təşkilatlarının nümayəndələrinin iştirakı ilə Moskva Millətləri Evində toplantı keçiriblər. İclas iştirakçıları Misra TV jurnalisti Fuad Abbasovun həbs edilməsi və deportasiyası haqqında Rusiya Federasiyasının muvafiq orqanlarına müraciət ünvanlayıblar.
Dəyirmi masanın iclasında AzərMos sədri Ağadadaş Kərimov Fuad Abbasovu yalançı vətənpərvər adlandırıb və onun Rusiyadakı diaspor təşkilatlarının fəaliyyətini pozduğunu deyib. Kərimov öz çıxışında, pagan simvolu hesab etdiyi nar bayramının Moskvada keçirilməsini tənqid edib. O, həmçinin Rusiyada keçirilən müxtəlif tədbirlərdə Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxıb.
"Milli etnik etnik münaqişələrdə milli-ictimai təşkilatların cəlb edilməsi cəhdləri" məruzəsi ilə çıxış edən tədbir iştirakçısı Nizami Quliyev Fuad Abbasovun Sankt-Peterburqdakı keçmiş konsulluğunun rəhbəri Qudsi Osmanovun yolunu izlədiyini bildirib. Quliyev həmçinin Abbasovun Rusiyada bir azərbaycanlı qruplaşma yaratması niyyəti ilə bağlı xəbərdarlıq edib. O, Fuad Abbasovun Bakıdan Rusiya Federasiyasında təhlükəsizliyini pozmaq və sabotaj fəaliyyəti həyata keçirmək üçün göndərildiyini bildirib.
Diaspora fəalı Azər Safarov Qarabağlı azərbaycanlıların Rusiyadan qovulmasını tələb edib. "Kim mübarizə aparmaq istəyirsə, buradan getsinlər, Rusiya sülh məkanıdır, hamımızın bu sülhü qorumaq kimi bir vəzifəmiz var". Səfərov Abbasovun ekstremist adlandırılmasına qarşı çıxıb və əlavə edib ki, Fuad Abbasov sadəcə provokatordur və onun arxasında duran şəxslər Azərbaycan Prezident Administrasiyasında oturur. Səfərovun sözlərinə görə nə qədər ki, Ramiz Mehdiyev, Əli Həsənov və digərləri Azərbaycanda hakimiyyətdə olacaq, o qədər də bizim başmız ağrayacaq. A. Səfərov qeyd edib ki, “Biz burada problem istəmirik və bütün xalqlarla birgə qardaş kimi yaşayırıq, Fuad Abbasov kimilər bizim üçün durmadan yeni problemlər yaradır”. O, bildirib ki, tez bir zamanda Rusiyanın hökümət rəsmiləri Azərbaycanla təmasa keçməli və bu problemi həll etməlidirlər.
İclasda iştirak edən erməni hüquqşunas və diaspora fəalı, iki erməni teatrının təsisçisi, Manuk Şamirov da çıxış edərək bilirib ki, “Artıq Abbasovla bağlı şikayətləri və onun deportasiyasıyla bağlı müraciətləri müxtəlif Rusiya dövlət qurumlarına (təhlükəsizlik, immiqrasiya siyasəti və s.) göndərib. Məni qəzəbləndirən əsas amil isə Abbasovla bağlı müraciətlərə Rusiya dövlət qurumları heç bir cavab vermirlər. Abbasov və Azərbaycan kəşfiyyatçısı İbad Hüseynovun Moskvada görüşü yadımdadır. Bu o Hüseynovdur ki, Monte Melkonyanın başını kəsdiyini iddia edir. Abbasov bu adamla nə səbəbə Moskvada görüşüb? Həmçinin Abbasov bir müddət əvvəl alış və ermənilərin birgə keçirdikləri tədbirləri qanunsuz yolla öz adamları tərəfinən pozub. Rusiya hüquq-muhafizə orqanları bu əməllərə nə üçün reaksiya vermir?”
Dəyirmi masaya dəvət olunmuş Levon Albertoviç Muxanyan (Rusiya-Erməni İttifaqının vitse-prezidenti), Abbasovun idarə etdiyi üç azərbaycanlının 2016-cı il noyabrın 4-də Moskvada Qarabağ erməniləri, ermənistanlılar, türklər və azərbaycanlıların öz dövlətlərinin bayraqlarıyla keçirdiyi yürüşü qanunsuz yolla dayandırdıqlarını bildirib. M.Mukanyan çıxışının sonunda Rusiya hakimiyyət orqanlarından F. Abbasovun fəaliyyətinə hüquqi qiymət verməsini tələb edib.
Qeyd edək ki, toplantıdan sonra Kərimov və Sadıxova arasında ciddi mübahisə baş verib. Mübahisəyə səbəb də məhz iclasda ermənilərin iştirakı olub.
Göründüyü üzrə Rusiyada azərbaycanlıların əsas diaspora qurumları hesab edilən AzerRos və AzerMos vətənə xəyanətə davam edirlər. Onlar bir qrup erməni lobbiçini başlarına yığıb bir azərbaycanlı jurnalistə qarşı mübarizə aparırlar. Sapı özümüzdən olan baltalara qarşı fəal mübarizə aparan F.Abbasovu bütün azərbaycanlılar müdafiə etməlidirlər. Ən azından ona görə ki, o dəyirmi masada iştirak edən erməni nümayəndələrin sözləriylə desək ermənilərə “problemlər yaradır və onların təbliğat kampaniyasına mane olur”. Doğurdan da Rusiya kimi Dağlıq Qarabağ probleminin həllində spesifik təsiri olan bir ölkədə bizim diaspora qurumlarımız vətənpərvər olduğuna görə bir azərbaycanlı jurnalisti, F. Abbasovu Rusiyadan deportasiya etdirmək, hətta həbs etdirməyə çalışırlar. Nizami Rəmzi demişkən “Qeyrətin namusun pula satanlar, vətənə xaindir, düşmənlərə yar”... (ednews.net)