Erməni təxribatı davam edir- 31mart Azərbaycanlıların Soyqırımı Günündə bunu edəcəklər+FOTO




Erməni diasporu qondarma Qarabağ rejiminin tanıdılması istiqamətində siyasi təxribatları ilə yanaşı, mədəni təxribatlarını davam etdirir. Daha bir təxribat xəbəri isə İspaniyanın Barselona şəhərindən gəlib.



Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

O bildirib ki, erməni diasporu mart ayının 31-də qondarma "Artsax" adı altında Barselona şəhərində konsert təşkil edəcək:

"Məqsəd mədəniyyət yolu ilə Qarabağda baş verənləri ispan cəmiyyətinə çatdırmadır. Bu erməni diasporunun təxribatıdır. Məqsəd ispan cəmiyyətini çaşdırmaq və diqqəti qondarma rejimə yönəltməkdir. Belə bir tədbirin isə martın 31-də keçirilməsi təsadüf sayıla bilməz. Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının 31 mart Azərbaycanlıların soyqırımı günündə keçirilməsi onların çirkin niyyətlərini bir daha nümayiş etdirir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu