Dəhşətli qəza- Avtobus "Şaqman"a çırpıldı




Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.



Hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu “Şaqman” (“Shagman”) markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu