“Bakı Metropoliteni" yoxlanıldı: 200-dək ştat ixtisar edildi




"Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıq ödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.

Bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb.

Hesabat ilində ümumilikdə təhvil verilməmiş 1 666,0 min manat məbləğində inventar və avadanlıq təhvil verilib, 1 308,6 min manat məbləğində inventar və avadanlıq isə uçota alınıb. Həmçinin yerinə yetirilməmiş 3 818,5 min manat məbləğində işlərin görülməsi və 10,8 min manat dəyərində bina və tikilinin uçota alınması təmin edilib.

Bundan əlavə, aparılmış tədbirlərin nəticəsi kimi 197,5 vahid artıq saxlanılmış ştat vahidi ixtisar olunub. (Unikal.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu