“Dünyada yalnız bizdə köçkünlərə pulsuz ev verilir”- Rövşən Rzayev




"Dünyada yalnız Azərbaycanda məcburi köçkünlərə dövlət tərəfindən mənzillər tikilir və pulsuz paylanılır"



Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Komitə sədri bildirib ki, Azərbaycan dövləti indiyə qədər bu işi həyata keçirib və bundan sonra da davam etdirəcək.

“Mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir. Təkcə son bir il ərzində məcburi köçkünlərə üç mindən çox mənzil verilib. Mən komitə sədri kimi mənzillərin verilməsindən imtina etmişəm, mənzillərin verilməsi ilə bağlı xüsusi komissiya yaradılıb və tam əminliklə deyə bilərəm ki, komissiya şəffaf şəkildə fəaliyyət göstərir. Təəssüflər olsun ki, bəziləri bizim haqqımızda başqa cür danışır, ancaq onların da məqsəsi bizə aydındır”.

R.Rzayev vurğulayıb ki, Prezident İlham Əliyev qaçın və məcburi köçkünlərə daim diqqət göstərir: “Məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılıb və aprel ayından etibarən məcburi köçkünlər müavinətləri artımla alacaqlar. Eyni zamanda məcburi köçkünlər üçün iş yarmarkaları, tibbi müayinələr keçirilir. Əlbəttə, bizim əsas istəyimiz torpaqlarımızın erməni işğalından azad edilməsidir. Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə biz buna nail olacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu