Qənirə Paşayeva İsparta Universitetinin rəsmiləri, QHT və KİV rəhbərləri görüşüb- FOTOLAR




Millət vəkili Qənirə Paşayevanın İsparta Süleyman Dəmirəl Universitetinin rəsmiləri ilə görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan tələbələrlə bağlı müzakirələr olub.



Görüşdə iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluq ifadə olunub. Millət vəkili,Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili,Dr.Qənirə Paşayeva universitet rəsmilərinə və alimlərə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb və bu mövzularla bağlı millət vəkili Universitet gəncləri və universitetdə çalışan müəllimlər ilə geniş müzakirələr aparıb və rektorla görüşündə gənclərlə bu mövzular ətrafında daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Qənirə Paşayeva İsparta Süleyman Dəmirəl Universitetinin rəsmilərinə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, kitablar, filmlər, həmçinin özünün həmmüəllifi olduğu kitablar hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin İspartada yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi olub. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayılmasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva həmçinin İsparta aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları ilə də görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub.













AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu