Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlər üçün növbəti təlimlərə start verilib




Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin hazırladığı tədbirlər planına uyğun olaraq Azərbaycanın bölgələrində fermerlər üçün kənd təsərrüfatının müxtəlif sahələrinə dair növbəti təlimlərə başlanılıb.



Aprelin 3-dən başlayan təlimlər bu ayın sonunadək davam edəcək. Təlimlər Baş Dövlət Texniki Nəzarət Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrolizinq” ASC, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti tərəfindən təşkil olunacaq. Nazirliyin Elmi-Tədqiqat İnstitutlarının, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin və Dövlət Xidmətlərinin alim və mütəxəssisləri təlimçi qismində çıxış edəcəklər.

Təlimlər respublikanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış ayrı-ayrı rayonlarını əhatə edəcək. Tədbirlər planına uyğun olaraq fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən mövsümi işlərlə bağlı təqdimatlar keçiriləcək, informasiya-məsləhət xidməti göstəriləcək. Təlimlərdə iştirak üçün heç bir ödəniş tələb olunmur.

Təlimlərdə iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə il boyu aqrar sahənin bütün istiqamətlərini əhatə edən mövsümə uyğun təlimlər keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu