On milyonuncu sakinin şərəfinə ağacəkmə aksiyası təşkil edilib- FOTOLAR




Aprelin 7-də paytaxtın Səbail rayonundakı Sahil parkında keçirilən ağacəkmə aksiyası ölkəmizin yeni doğulan on milyonuncu sakininin şərəfinə təşkil edilib.



Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 200 şam ağacı əkilib. Ağacəkmə aksiyasında icra hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayonun digər rəhbər işçiləri də iştirak ediblər. Eyni zamanda Səbail rayonu, Badamdar qəsəbəsi, Heydər parkında on milyonuncu vətəndaşın doğulması ilə əlaqədar konsert proqramı təşkil olunmuşdur.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu