Qətlə yetirilən seksual manyak haqda yeni xəbər- Killeri kim göndərib?




Sabiq MTN əməkdaşı, 1973-cü il təvəllüdlü Fariz Mirzahid oğlu Vahabovun qətlini sifariş etmiş şəxsin kimliyi məlum olub.

AFN xəbər verir ki, Criminal.az-a daxil olan məlumata görə, tutulan şəxsin Fariz Vahabovla yaxın əlaqələri olub və həmin əlaqələrə söykənən mübahisəyə görə onun qətli sifariş olunub.

Qətlin sifarişçisi kimi tutulan şəxs Saleh Ağayevdir. O, məşhur "Dəniz karqo"nun rəhbəridir. Təxminən 3 ay əvvəl saxlanılan S.Ağayev artıq Kürdəxanı həbsxanasındadır. Hazırda qətli icra etmiş şəxsin axtarışları davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl mediada F.Vahabovun seksual manyak olması ilə bağlı xəbər yayılmışdı. Xəbərə görə, Vahabov Xətai rayonunda yaşadığı ünvanda qadınları onunla cinsi əlaqədə olmağa məcbur edib. Seks səhnələrini videoya çəkərək sonradan onları şantaj edib. Hətta o, öz həyat yoldaşını da həmin intim əlaqələrdə iştiraka məcbur edib. Nə qədər absurd və ağlasığmaz səslənsə də, öz həyat yoldaşını yad kişilərlə görüşdürüb. Həmin seksual zəminli görüşləri də gizli lentə alaraq şantaj məqsədilə istifadə edib. F.Vahabovun hədə və şantajları nəticəsində boşanan və evlənən insanların olduğu bildirilir. Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb.

Hazırda sözügedən qətl hadisəsinin baş verdiyi ərazidə F.Vahabovla bu və ya digər şəkildə əlaqələri olan şəxslərin ifadəsi alınır. Məlumata görə, qətldən sonra onun evində aparılan axtarış zamanı xeyli sayda videokasetlər aşkarlanıb. Fariz Vahabovun şantajlarının qurbanları həmin videolar vasitəsilə aşkarlanır və istintaqa cəlb olunur. Həmin şəxslərin ifadələrində Fariz Vahabovun seksual manyak olması bir daha təsdiqlənir.

Xatırladaq ki, 2018-ci il dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Fariz Vahabov özünə məxsus "Hyundai” markalı avtomobilində naməlum şəraitdə güllələnib. O, hadisə yerində ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu