Gürcüstanın baş naziri Azərbaycan MM üzvünün sualını cavablandırdı- AŞPA-da




Bu gün AŞPA-da Gürcüstanın baş naziri Mamuka Baxtadze çıxış edib və sualları cavablandırıb.

AFN xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın Gürcüstan baş nazirinə Azərbaycan rəhbərliyi ilə həyata keçirilən böyük enerji layihələri və enerji təhlükəsizliyi mövzusunda ünvanladığı sualın cavabında baş nazir "Azərbaycan yaxın strateji tərəfdaşımızdır və birlikdə bundan sonra da böyük işlərə imza atacağımıza inanıram" deyib. Millət vəkili Qənirə Paşayeva baş nazirə sualında bunları deyib: “Müstəqilliklərini bərpa edəndən bəri Azərbaycan və Gürcüstan dövlətləri tarixi dostluqlarını daha da möhkəmləndirib və güclü əməkdaşlıq qurublar. Qarşılıqlı möhkəm etimada əsaslanaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri və son dövrlərin Cənub Qaz Dəhlizi kimi mühüm regional enerji layihələri uğurla həyata keçirilib. Bu gün bu əməkdaşlıq Türkiyə ilə birlikdə Xəzər hövzəsindən karbohidrogen ehtiyatlarının Avropa bazarına təhlükəsiz daşınmasını təmin edir. Necə düşünürsünüz, bizim ölkələr Avropa qitəsinin enerji təhlükəsizliyinə bundan başqa hansı töhfəni verə bilərlər?”

Gürcüstanın baş naziri Mamuka Baxtadze suala cavab olaraq bildirib ki: ”Gürcüstanın və Azərbaycan yaxın strateji tərəfdaşlardır. Hər iki ölkə tarixi layihələrin həyata keçirilməsinə birgə imza atıblar. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi kimi böyük enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu gün də vacib infrastruktur layihələri həyata keçiririk. Xəzər dənizinin sərvətlərindən, imkanlarından daha çox bəhrələnməklə, Avropanın enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Azərbaycanla birlikdə böyük layihələrdə iştirakımızdan çox məmnunuq”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu