Deputatın qardaşının zirzəmi davası- Məhkəmə başlayıb
Milli Məclisin deputatı Eldar İbrahimovun qardaşı Heydər İbrahimovun vətəndaş Cəlal Əliyevə qarşı iddiası üzrə məhkəmə başlayıb.
Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə mülki iddia rayon məhkəməsinə aid olub-olmaması araşdırılıb, anket məlumatlar dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 16-na təyin edilib.
Qeyd edək ki, H. İbrahimov iddia ərizəsində qeyd edib ki, Bakı şəhər, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 20/67, mənzil 21-də Əliyev Cəlal İsmayıl oğlu İçərişəhərdə yerləşən xalça dükanında əsasız təmir işləri aparır. Belə ki, H. İbrahimov iddia edir ki, dükan onun yaşadığı mənzilin zirzəmisidir və C.Əliyevin dükana alqı-satqı şəhadətnaməsinin etibarsız hesab edilməlidir. C. Əliyev isə ona məxsus dükanı uzun müddətdir işlətdiyini, şəhadətnamənin etibarlı olduğunu qeyd edir.(ONA)