DYP əməkdaşı 90 saniyədə qaydaları 3 dəfə pozdu- VİDEO
Bakıda DYP əməkdaşı 90 saniyə ərzində 3 dəfə kobud qayda pozuntusuna yol verib.
Qaynarinfo xəbər verir ki, 13.04.2019 tarixində 17:34-17:36 radələrində Babək prospektində ardıcıl 3 kobud qayda pozan DYP əməkdaşının videosu vətəndaşlardan biri tərəfindən saytımıza göndərilib. Belə ki, 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan DYP əməkdaşı əvvəlcə svetoforun qırmızı işığında hərəkəti davam etdirir. Daha sonra ən sol zolaqdan sağ zolağa yerdəyişmə edərkən 1.1 xəttinin tələbini pozur. Bununla da kifayətlənməyib zolaqlar üzrə hərəkət nişanının tələbini pozaraq yerdəyişmə etdiyi zolaqdan geriyə dönmə edir. Bütün bunları edərkən də səs siqnalından və sayrışan işıqlardan istifadə etmir. Qanunun keşiyində durmalı olan şəxsin qanuna belə etinasız yanaşması əlbəttə ki, xoşagələn hal deyil.
Görüntünü təqdim edirik:
[media=https://www.youtube.com/watch?time_continue=37&v=UJaEbTS2kFs]