Beynəlxalq festivalda 4 ölkə adından çıxış imkanı Günay Mehdizadəyə nəsib oldu
Kayseri Böyükşəhər Bələdiyəsi tərəfindən təşkil edilən və bu il 14-cü dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatrfestivalının açılış mərasimi baş tutub. İştirakçıların meydana yürüşüilə başlayan festival Kayserinin Şəhər teatrında təntənəli şəkildə açılış konsert proqramı ilə davam edib.
AFN xəbər verir ki, açılış mərasimində Böyükşəhər Bələdiyə başqanı Memduh Böyükkılıç və Kayserinin iş adamları, siyasətçiləri və nüfuzlu şəxslər iştirak edib.
Festivalı açıq elan edərək ilk çıxşını edən Böyükkılıç Kayserinin festivallar şəhəri olacağını və bu festivalları beynəlxalq səviyyədə baş tutacağını ifadə edib. Sözügedən festivala il ötdükcə daha çox ölkənin qatılacağını vurğulayan başqan bundan sonrakı illər festivalda daha çox ölkələrin dəvət ediləcəyini deyib. O, festivalda iştirak edən qrupların içərisində layihənin Azərbaycan üzrə rəhbəri, kuratoru, dekorasiya tərtibatçısı Günay Mehdizadəyə məhz Azərbaycandan gələn tamaşaya baxmaq üçün söz verib.
Bələdiyyə başçısı beynəlxalq layihədə 4 ölkə nümayəndəsi adından G.Mehdizadəyə təşəkkür edərək, onların adından festival iştirakçılarını salamlamaq üçün ona söz verib.
Günay Mehdizadə çıxışında teatrın bir bayram olduğunu ve bu bayramın sənətə, mədəniyyətə, xüsusən də yetişməkdə olan gənclərin formalaşmasında xüsusi yeri olduğunu vurğulayıb:
“Sizləri bu mötəbər layihədə görməkdən məmnunluq hissi duyuram. Teatr insana, insanı insan dilində izah edən, onu əyani şəkildə göstərən bir sənət nümunəsidir. Bu gün müasir dövrdə əlimizdə qalan, tutula bilən bəlkə də yeganə canlı sənət növlərindən biridir. Nə xoş bizlərə ki, bu gün məhz bu sənətin işığına toplaşmışıq. Buradan Azərbaycan, Kıbrıs, Gürcüstan, Bosniya Hersoqovinanın yaradıcı gənclərini, müəllim heyətini və eyni zamanda bu festivala toplaşan iştirakçıları salamlayıram. Çünki onlar bu bir həftə ərzində həyatlarında unudulmayacaq bir gün yaşayacaqlar. Buradan hər kəsə uğurlar arzu edirəm”.
Qeydedək ki, festivalda Azərbaycan tamaşası festivalın son günü, aprelin 19-da nümayiş olunacaq.