“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, təqdim etdiyi yüksəkkeyfiyyətli şəbəkə , sürətli və kəsintisiz internet xidmətləri, sərfəli təklifləri ilə sahibkarlara dəstək olmağa və onların biznes tələblərini ödəməyə davam edir. Belə ki, “Nar”-ın korporativ müştərisinə çevrilən hər bir biznes sahibi ödənişsiz olaraq portativ internet daşıyıcısı olan “Nar MiFi” cihazı əldə edə biləcək. Bu cihaz abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və interneti ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır ki, bu da abunəçilərə bizneslərini daha çevik və mobil idarə etməyə kömək edir.
Mobil operator korporativ müştərilərilə yeni imkanlar, təkliflər barədə məlumatları bölüşmək, eləcə də əlaqələri gücləndirmək məqsədilə, növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisini film nümayişində bir araya gətirib. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.
Bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olub və yeni tariflər təqdim edilib. Tariflər hər bir müştərinin ehtiyacına uyğun tənzimlənir və fərdi yanaşma sayəsində biznes sahiblərinə ən optimal təklif təqdim edilir. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir. Qeyd edək ki, “Nar”-ın biznes sahibləri üçün təqdim etdiyi sərfəli təkliflər sayəsində müştərilərinin sayı artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştəriləri sırasına daha 600 yeni şirkət qoşulub.
“Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Daha ətraflı BURADAN tanış ola bilərsiniz.