Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
Azərbaycanın ən sürətli mobil şəbəkəsi Formula 1 təqviminin ən sürətli şəhər trekində ən sürətli mobil internet xidmətlərini təqdim edir
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı ilə əlaqədar olaraq xüsusi hazırlıq işləri görüb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsinə əsasən Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərəcək. Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı verilib və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənib. Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell tərəfindən yarış tamaşaçıları üçün əyləncəli tədbirlər təşkil edilib. Həmçinin şirkət yarış müddətində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edəcək.
Bundan əlavə, Bakcell özünün sosial media səhifələrində abunəçilər üçün xüsusi müsabiqələr keçirib və qaliblərə Formula 1 yarışına və bu yarış çərçivəsində keçirilən əyləncə tədbirlərinə 150-dən çox bilet hədiyyə edib.
Yarış həftəsonu ərzində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışının ilk rəsmi dəstəkçisi olan Bakcell şirkəti Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə 2G, 3G və 4G şəbəkələrinin tutumunu maksimal dərəcədə optimallaşdırıb. Bakı və Abşeron ərazisində saniyədə 225 meqabitə qədər mobil internet sürətini təmin edən və ən müasir texnoloji tələblərə cavab verən LTE-A şəbəkəsi tam hazırlıq vəziyyətə gətirilib, yarış zamanı mobil xidmətlərin istifadəsində (səs və məlumat ötürülməsi) yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün isə dənizkənarı bulvar ərazisində 7 ədəd müasir mobil baza stansiyası quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, Bakcell Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək xaricdən gələn qonaqların və ölkə vətəndaşlarının mobil rabitəyə aid suallarını cavablandıracaq.