SOCAR-da kadr dəyişikliyi- İskəndər Şirəli və Aqil Məmmədov vəzifələrini itirdilər




Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) bir neçə kadr dəyişikliyi edilib.



Demokrat.az-ın əldə etdiyi məlumata görə, SOCAR-ın Fontana Qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov və “Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli tutduğu vəzifələrdən azad ediliblər.

İmzalanan digər əmrlə İskəndər Şirəli SOCAR-ın Fontana Qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi təyin olunub. Aqil Məmmədov isə hələlik heç bir vəzifəyə təyin edilməyib.

Xəbəri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidməti də təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu