Deputat bəzi nazirlərin iclasa gəlməməsindən şikayətləndi




"Təəssüflər olsun ki, büdcənin qəbulu zamanı hökumətin bütün üzvləri Milli Məclisdə faktiki iştirak edir, amma büdcənin icrası ilə əlaqədar iclasda belə deyil".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov əlavə bildirib.

Deputat bildirib ki, sanki büdcə yalnız Şahin Mustafayev, Mikayıl Cabbarov və Samir Şərifova aiddir: “Hesab edirəm ki, büdcənin icrası geniş müzakirə obyekti olmalıdır. Çünki büdcənin icrası zamanı müəyyən xərclərə yol verilir ki, bunlar millət vəkilləri tərəfinədn bilinməlidir, araşdırılmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, hökumət üzvlərinin hamısının plenar iclasda iştirak etməməsinin səbəbi Polşa Prezidentinin ölkəmizə səfəridir: “Hökümət üzvlərinin bəziləri dövlət rəhbərlərinin görüşlərində iştirak edir”. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu