Azər Kərimli: “Şəhidin dəfnində iştirak etməməyimə səbəb...”




ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlunun mayın 31-də dəfn mərasimi keçirilib.



Aqil Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Qax rayonundan deputat seçilmiş Azər Kərimlinin şəhidin yas mərasimində iştirak etməməsi müzakirələrə səbəb olub.

İddialara görə, Azər Kərimli nəinki şəhidin dəfnində iştirak etməyib, hətta mərhumun yas mərasiminə gəlməyib və bu barədə ümumiyyətlə, mətbuata hər hansı bir açıqlama verməyib.

A.Kərimli məsələ ilə bağlı Modern.az-a bildirib ki, mayın 29-dan etibarən Baltik Assambleyası Şərq Tərəfdaşlığı üzrə konfransda iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsdə səfərdə olub:

“Konransa mayın 29-u yola düşmüşük. Ayın 30-u və 31-i Baltik Assambleyası Şərq Tərəfdaşlığının10 illiyinə həsr olunmuş konfras keçirilib. Konfransda Gürcüstan, Ukrayna, Moldova, Ermənistan və Azərbaycan nümayəndə heyəti iştirak edirdi. Həmçinin, tədbirdə müxtəlif Avropa ölkələrinin – Çexiya, Litva, Latviya, Estoniya, Fransa parlamentindən olan deputatlar iştirak ediblər. Şəhidimizin dəfni günü konfrans keçirilib və mən də orada iştirak etmişəm. Yəni Şəhidimiz dəfn olunan gün mən ölkədə olmamışam. Azərbaycana dünən gecə saat 11-də qayıtmışam”.

Hazırda Qaxda olduğunu bildirən, parlamentari Şəhidin üç mərasimində iştirak etdiyini deyib:

“Bu gün Aqil Omarovun üç mərasimi idi. Həm Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, həm Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev də mərasimdə iştirak edirdi. Birlikdə Aqil Omarovun məzarını ziyarət etdik. Eyni zamanda, Şəhidimiz ölümündən sonra cənab Prezident tərəfindən Şücaət ordeni ilə təltif olundu. Mən ezamiyyətdən dünən gecə saat 11-də qayıtmışam. Bu gün səhər 11-də isə Qaxda Şəhidimizin üç mərasimində iştirak etmişəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu