İlk körpəsini dünyaya gətirən ana doğuş zamanı ölüb




Tovuz rayonunda ana doğuş zamanı ölüb.



Rayonun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Fəzail qızı Tağıyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və qeysəriyyə əməliyyatı ilə dünayaya qız uşağı gətirib. Lakin bir müddət sonra ananın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Körpənin vəziyyətinin isə yaxşı olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. (unikal.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu