“ASAN Viza”nın facebook səhifəsi “NETTY2019”un qalibi olub




“NETTY2019” Azərbaycanın Milli İnternet Mükafatının növbəti mükafatlandırma mərasimi baş tutub.



Müsabiqənin Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə müsabiqədə iştirak edən saytlar, internet səhifələr və proqramlar seçilərək öncə mükafatın nominantı olub, sonra aidiyyatı qurumlar final mərhələsində mükafatlandırma mərasiminə dəvət edilib.

Qaliblərin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsvermə keçirib. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edib.

“Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyasında “ASAN Viza”nın rəsmi facebook səhifəsi qalib elan edilib.

“NETTY 2019” Milli İnternet Mükafatı müsabiqəsinə 13 nominasiya üzrə 128 sayt, sosial şəbəkə səhifəsi, proqram, videolayihə iştirakçı qismində qatılıb.

“ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-cı il tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. “ASAN Viza” sisteminin əsas məqsədi Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun sadələşdirilməsi və turizm sektorunun inkişafına dəstək verilməsindən ibarətdir. Əsas auditoriyası əcnəbilər olan https://www.facebook.com/eVisaAzerbaijanAsan/ səhifəsi də məhz bu məqsədlə yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu