ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb




24 iyun 2019-cu il tarixində Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb.



ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasının təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Sənədi Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda, Azərbaycan və Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri imzalayıblar.

ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə tərəfdaşlar arasında dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspert, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

Assosiasiyanın yaradılmasına dair Niyyət Bəyannaməsi çərçivəsində, həmçinin müvafiq sahə üzrə ən qabaqcıl təcrübələrin və ekspertizaların davamlı mübadiləsi üçün institusional platforma təsis olunacaq, dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqinin təşviqi həyata keçiriləcəkdir.

Niyyət Bəyannaməsinin imzalanmasında iştirak edən tərəfdaş dövlətlərin nümayəndələri Dövlət Agentliyinə ASAN Beynəlxalq Assosiasiyasının Təsis Görüşünü təşkil etdiyinə minnətdarlıqlarını çatdırıb, bu təşəbbüsün müstəsna əhəmiyyətini vurğulayıblar.

24-26 iyun tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirir.

Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiridir.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu