Əli Kərimli sərbəst buraxıldı - YENİLƏNİB




AXCP sədri Əli Kərimlinin həbsi barədə daha öncə yayılmış məlumat həqiqətə uyğun deyil.



Virtualaz.org rəsmi hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, DİN əməkdaşları Əli Kərimlini sərbəst buraxıblar.

***

“Trend” xəbər verir ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.



* * *13:37

AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.



“Yeni Müsavat”ın məlumatına görə, Müsavat Partiyasının qərargahında bu gün keçirilən “Həmrəylik Marafonu”nda iştirak edən partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu