Tərtərin Zolgəran kəndində növbəti səyyar qəbul-görüş keçirilib




Sarıcalı kənd İƏD üzrə nümayəndəliyin Zolgəran kəndində Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.



Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirildi ki, Zolgəran kəndinin 79 təsərrufatı, 356 nəfər əhalisi var. Kənd fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur. Ərazidə magistral yolun kənarlarına 1200 ədəd şam ağacları əkilib. 1800 metir arx lildən təmizlənib

Kənd ağsaqqalı Firdovsi Hüseynov Respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Bildirdi ki, uzun illər işlədiyi Bölgə Təcrübə Stansiyasının toxum anbarı köhnə binada yerləşirdi. Hazırda yeni toxum anbarının tikintisi gedir. Inzibati bina isə XlX əsrdə tikilmiş bəy evində yerləşir, tarixi abidə kimi qorunur. Xarici görkəmi saxlanılmaqla inzibati bina da təmir olunacaq. Bütün bunlar Respublika Prezidentinin Tərtər və tərtərlilərə göstərdiyi qayğının təzahürüdür. Sonra Firdovsi Hüseynov ərazidə iki artezian quyusunun qazilmasına ehtiyac olduğunu bildirdi, sakinlərdən Mayıl Məhərrəmov və Zolgəran kənd ümum orta məktəbinin direktoru Ədibə Mustafayeva yeni tikilən modul tipli məktəbə içməli su çəkilməsi, kəndin baş yolunun asfaltlanması, Ağdam rayonundan məcburi köçkün İlduz Zeynalova isə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri bildirdi ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Zolgəran kəndində yerləşən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.

Hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın

suvarma zonası üçün yüksək məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır.

Respublikada əkilib-becərilən yumşaq buğdanın “Zirvə 85”, “Tale 38”, “Qırmızı gül”, “Əzəmətli 95”, “Aran”, “Azəri”, “Murov 2”, “Əkinçi 84”, bərk buğdanın “Bərəkətli 95”, “Qarabağ”, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilərək həyata vəsiqə alıb.

Stansiyanın becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların aqrotexnikası öyrənilir.

Toxumçuluq şöbəsinin işçiləri isə yumşaq buğdanın 10, bərk buğdanın 1, arpanın 2 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğuldurlar. Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumları istehsal edilir.

Bu ilin məhsulu üçün 306 hektarda toxumluq arpa və buğda sortları əkilib. Min tona yaxın məhsul tədarük edilib. Hazırda stansiyada ilkin artırma, super elit, elit reproduksiyalı toxum istehsalı prosesi gedir. Bu günədək 59 ton “Qarabağ-22”, “Qarabağ-23” arpa, 170 ton “Qobustan”, “Tale-38, “Əzəmətli-95” yumşaq buğda sortlarının təmizlənməsi başa çatıb. Toxum istehsalı yüksək dövlət standartlarına uyğun həyata keçirilir. Bu toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə veriləcək.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

Rayon rəhbəri səyyar qəbul-görüşdən sonra Zolgəran kəndində yeni toxum anbarının və zolgəran kənd ümumi orta məktəbin tikinti işləri ilə tanış oldu.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu