XIX Beynəlxalq Gənclər Forumu Bakıda keçiriləcək




21-25 avqust 2019-cu il tarixlərində ölkəmizdə Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin layihəsi olan XIX Beynəlxalq Gənclər Forumu keçiriləcək.



AFN xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan gənc qan ianəçiləri və bu istiqamətdə fəaliyyət göstərən cəmiyyət nümayəndələri hər il bir araya gələrək qan donorluğu sahəsində olan yeniliklər eyni zamanda problemləri müzakirə edir. 2018-ci il də Portuqaliyanın Aviora şəhərində təşkil olunan XVIII Beynəlxalq Gənclər Forumunda iştirak edən ölkələr arasında məhs Azərbaycan səs çoxluğu ilə qalib olub. Qeyd edək ki, qan donorluğunu əhatə edən Beynəlxalq Gənclər forumunda 6 il ardıcılıqla ölkəmizi Qan Donorları Assosiasiyası təmsil edir.
XIX Beynəlxalq Gənclər Forumu "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Merkezi Qan Bankı, Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası eyni zamanda Beynəlxalq Gənclər Komitəsinin dəstəyi ilə keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu