Bu gün Sumqayıtən bəzi yerlərində qaz olmayacaq




Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda, eləcə də Corat, Novxanı, Saray, Ceyranbatan və “Metallurq bağları” yaşayış sahələrində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, bu müddət ərzində “Şəhər-4” orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu