Hadı Rəcəblinin istirahət mərkəzində antisanitar vəziyyət - VİDEO
Lənkərandakı "Palıdlı sahil" istirahət mərkəzində istirahət edən şəxslərdən biri redaksiyamıza video göndərib.
Videoda istirahət mərkəzinin bir neçə metrliyində antisanitar vəziyyətin hökm sürdüyü aydın görünür.
Qeyd edək ki, "Palıdlı sahil"in deputat Hadı Rəcəbliyə məxsus olduğu bildirilir.
Xatırladaq ki, son günlər Lerikin deputatı İqbal Məmmədova məxsus "Relax" istirahət mərkəziylə bağlı qalmaqallar səngimək bilmir. (Ölkə.Az)