Tanınmış jurnalistin qardaşının evi ikinci dəfə qarət olunub - FOTOLAR
Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət olunub.
E.Dərziyeva sosial şəbəkədə hadisə ilə bağlı foto və məlumatlar paylaşıb. Bildirib ki, Binəqədi rayonundakı evdən qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib. Belə ki, naməlum şəxs və ya şəxslər günorta saatlarında Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə basqın edərək qızıl-zinət əşyalarını oğurlayıblar.
Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Ekspertlər əl izlərini götürüblər.
Qeyd edək ki, Əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi iki il öncə də qarət olunub.