Bakının bu rayonlarında binalar söküləcək - Kompensasiya məbləği




Bakının altı rayonunda yerləşən və kəskin qəzalı vəziyyətdə olan 17 bina söküləcək.

AFN baku.ws-ə istinadən xəbər verir ki, paytaxtda söküləcək qəzalı binalarla bağlı qərarı Bakı Şəhər İcra Hakimiyyəti verib.

Kəskin qəzalı binalar Bakının Binəqədi, Yasamal, Səbail, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşir. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib.

Binəqədi rayonunda yerləşən iki ünvanda qəzalı vəziyyətdə olan binaların sakinlərinə 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə isə min manat ödənilməsi nəzərdə tutulub. Bu barədə Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib:

"Müvafiq komissiya tərəfindən verilmiş qərara görə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi 41 və Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı 2 girişli 5 mərtəbəli yataqxana tipli binalarda yaşayan sakinlərə, 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə min manat ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək. Prosesə iyul ayından başlanılıb. Hazırda vətəndaşlarla razılaşmalar aparılır. Bu ünvanlarda olan yataqxanalarda köçürülmə prosesinə başlanılıb. Bu günə qədər 90 mənzil sahibi ilə razılaşma əldə olunub. Onların 50 faizi yardım alıb, digərlərinin sənədləri ilə bağlı işlər aparılır. Həmin sakinlərin sənədlərinin öyrənilməsinə əlavə vaxt tələb olunduğundan, köçürülmə prosesi mərhələli şəkildə davam etdirələcək"

Qeyd edək ki, Bakının 6 rayonunda yerləşən kəskin qəzalı vəziyyətdə olan və söküləcək binaların siyahısnı təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu