Nişanları tanımayan DYP əməkdaşı - VİDEO
Sosial şəbəkələrdə DYP əməkdaşı ilə sürücü arasında olan dialoqun videogörüntüsü paylaşılıb.
AFN Qaynarinfoya istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində sürücüyə saxlama əmri verən DYP əməkdaşı onun 2.4 (Yol ver) nişanının təsir sahəsində dayanmadan birinci dərəcəli yola çıxdığını əsas göstərib. Sürücü isə bildirir ki, yol boş olduğuna görə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununa əsasən onun dayanmasına ehtiyac yoxdur. Əməkdaş isə hər bir halda dayanmalı olduğunu bildirir. Halbuki əməkdaşın iddia etdiyi tələb 2.5 (Dayanmadan hərəkət etmək qadağandır) nişanına aiddir.
Daha sonra sürücü sənədləri təqdim etsə də əməkdaş sənədləri xidmət etdiyi avtomobilə aparıb bir neçə müddət sonra protokol yazmadan qaytarır və protokolun elektron qaydada ünvana göndəriləcəyini bildirir. Halbuki, qanuna əsasən əməkdaş sürücünün qayda pozduğunu vizual olaraq görübsə protokol tərtib edib bir nüsxəsini də sürücüyə təqdim etməli idi. Təbii ki, sürücünün ünvanına heç bir protokol da göndərilməyib.
Görəsən həmin əməkdaş doğurdan da 2.4 və 2.5 nişanları arasındakı fərqi bilmir, yoxsa bilsə də hansısa maraq səbəbindən yalnış deyir?
Videogörüntünü təqdim edirik:
[media=https://www.youtube.com/watch?time_continue=17&v=dKacLRv0TP4]